Xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbirdən

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbirdən
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib. Gəncə Dövlət Milli Dram Teatrının inzibati binasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin bölgədə fəaliyyət göstərən çoxsaylı müəllimlər və təhsil işçiləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə giriş sözü ilə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov qonaqları salamlayaraq bütün pedaqoji kollektivi peşə bayramı münasibətilə təbrik edib. İdarə müdiri dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, regionda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatları vurğulayıb. O, gənc nəslin formalaşmasında fədakar müəllimlərin əvəzsiz rolu olduğunu bildirib. Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova çıxış edərək təhsil işçilərinin hüquq və mənafelərinin qorunmasının, həmçinin onların sosial rifahının diqqətdə saxlanılması istiqamətində görülən işlərdən danışıb. O, müəllimlərin peşə fəaliyyətində göstərdikləri fədakarlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edərək kollektivi təbrik edib. Rəsmi hissədə regional təhsil sisteminə yeni qoşulan və sertifikasiya prosesində yüksək nəticə göstərən gənc müəllimlər də çıxış ediblər. Onlar yaradılan müasir iş şəraitinə, göstərilən dövlət qayğısına və gənc pedaqoqlara verilən böyük etimada görə təşəkkürlərini bildiriblər. Rəsmi çıxışlardan sonra Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə fərqləndiyinə görə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuş təhsil işçiləri tədbir iştirakçılarına təqdim edilib. Tədbirin davamında müəllimlik peşəsinin müqəddəsliyini və fədakarlığını özündə əks etdirən "Bir müəllim ömrü" adlı videoçarx nümayiş olunub. Şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov çıxış edərək şəhid atasının qürurunu və keçdiyi həyat yolunu bölüşüb, müəllimləri peşə bayramı münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bədii hissə ilə davam edən proqram çərçivəsində Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar nümayiş olunub. Həmçinin "Xəmsə" instrumental rəqs qrupunun təqdimatında çıxışlar tədbirə əlavə rəng qatıb. Tədbirin davamında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təltif olunan bir qrup təhsil işçisinə mükafatlar təqdim edilib.
Yeni bir görüş ucqar dağ kəndində yerləşən məktəbdə 5 oktyabr – Müəllimlər günü

Yeni bir görüş ucqar dağ kəndində yerləşən məktəbdə 5 oktyabr – Müəllimlər günü
Daşkəsən rayon ucqar dağ kəndində fəaliyyət görsədən Güneykənd kənd tam orta ümumtəhsil məktəbində 5 oktyabr – Müəllimlər günü münasibəti ilə görüş keçirilib. Görüşdə ETİHİ Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov iştirak edib. Ömrünü şagirdlərimizin gələcəyinə və bilik bacarıq öyrənməsinə sərf edən müəllimlərə hadiyyələr verildi. Görüş zamanı 1964-cü ildə Goranboy rayonunda doğlmuş Namazova Manzuma Zaməddin qızı və 1966-cı ildə Şəmkir şəhərində dünyaya gəlmiş Rzayeva Təranə Qurban qızı pedaqoji fəaliyyətlərinə Daşkəsən rayonunda başlamış uzun müddət şagirdlərimizin öyrənməsində əməyi və əziyyəri olan müəllimələrə gül buketi və fəxrifərmanlar verilib görüşün sonunda məktəb kollektivi ilə xatirə şəkli çəkdirilib.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar növbəti görüş Daşkəsənin ucqar dağ kəndində yerləşən Zinzahal məktəbdən görüş

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar növbəti görüş Daşkəsənin ucqar dağ kəndində yerləşən Zinzahal məktəbdən görüş
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar növbəti görüş Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun aid olan ucqar dağ kəndində yerləşən Zinzahal kənd tam orta ümumtəhsil məktəbində oldu. ETİHİ Daşkəsən Rayon Komitəsinin sədri Rabil İbrahimov ilk öncə müəllimlər 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik etdi. Sonra həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi və sosial dəstək imkanları müzakirə olunub. Həmçinin ETİHİ Daşkəsən Rayon Komitəsinin həyata keçirdiyi sosial layihələr və hüquqi maarifləndirmə istiqamətində görülən işlər barədə məlumat verilib. Sonda müəllim və təhsil işçilərinə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb. ETİHİ Daşkəsən Rayon Komitəsinin sədri təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, onların sosial məsələlərinin diqqətdə saxlanılmasını qeyd etdi.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Müəllimlərlə görüş

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Müəllimlərlə görüş
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun aid olan Qaraqollar kənd tam orta ümumtəhsil məktəbində təhsil işçiləri ilə görüş keçirilib. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin təşkilatçılığı ilə Qaraqollar kənd tam orta ümumtəsil məktəbində keçirilib. Görüşdə təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat məsələləri, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, əmək münasibətlərinin düzgün tənzimlənməsi və həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi və sosial dəstək imkanları müzakirə olunub. Həmçinin ETİHİ Daşkəsən Rayon Komitəsinin həyata keçirdiyi sosial layihələr və hüquqi maarifləndirmə istiqamətində görülən işlər barədə məlumat verilib. Görüşün sonunda məktəbin kollektivi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, müəllim və təhsil işçilərinə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb. ETİHİ Daşkəsən Rayon Komitəsi təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, onların sosial məsələlərinin diqqətdə saxlanılması etdirir.
27-Sentyabr Anım Günü tədbirindən

27-Sentyabr Anım Günü tədbirindən
Sentyabrın 27-də Anım Günü münasibətilə Daşkəsən rayonunun minlərlə sakini gün ərzində Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edib. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub. İcra başçısı, Elm və Təhsil İşcilərinin Həmkatlar İttifaqının Daşkəsən rayon komitəsinin sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarına gül düzüblər, ruhlarına və xatirələrinə dərin hörmət və ehtiram bildiriblər. Saat 12:00-da rayon ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. “Yeni Həyat” mərasim evində keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul şəxsləri, Elm və Təhsil İşcilərinin Həmkatlar İttifaqının Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci və İkinci Qarabağ müharibələrinin, eləcə də ondan sonrakı dövrlərdə həlak olmuş şəhidlərin ailələri, qazilər və ictimaiyyət nümayəndələri bir araya gəliblər. Ehsan mərasimində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda edən Vətən oğullarının və qızlarının ruhuna Quran surələri oxunub və əziz xatirələri ehtiramla anılıb.
Daşkəsəndə yeni tədris ili ilə bağlı dəyirmi masa keçirib

Daşkəsəndə yeni tədris ili ilə bağlı dəyirmi masa keçirib
Sentyabrın 16-da Elm və Təhsil İşcilərinin Həmkarlar İttifaqının (ETİHİ) Daşkəsən rayon komitəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət görsədən Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə yeni tədris ilinin başlanmasına həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub, kollektiv üzvlərini maraqlandıran suallar cavablandırılıb. Çıxış edən ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov kollektivə üzvlərini yeni dərs ili münasibəti ilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin Rayon komitəsi tərəfindən görülmüş işləri və həyata keçirilən tədbirlər barədə məlumat verib. Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.
Bilik Gününə həsr edilmiş bayram tədbiri

Bilik Gününə həsr edilmiş bayram tədbiri
15 Sentyabrın 2026-cı il tarixdə Daşkəsənin bütün ümumtəhsil məktəblərində Bilik Gününə həsr edilmiş bayram tədbirləri keçirilib. Tədbirdə Elm və təhsil işcilərinin həmkralar ittifaqının Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov, Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aynur Hüseynova, Ağsakkallar şurasının sədri Cavanşir Qocayev, ziyalılar, ictimaiyyət nümayəndələri şagirdlərin, valideyinlər və təhsil işçilərinin iştirak edib. Tədbir Dövlət Himnimizin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, o cümlədən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb. Tədbirdə çıxış edən məkrəbin rəhbəri rayonda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması sahəsində görülən işlərin miqyası atılan bütün addımlar ölkə rəhbərliyinin Daşkəsənlilərin bu gününə və sabahına olan qayğısının göstəricisidir. Sonra Cavanşir müəllim çıxış edərək Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf xətti hazırda Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirildiyini bildirdi. Elm və təhsil işcilərinin həmkralar ittifaqının Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov çıxış edərək bildirdi ki, Daşkəsən rayonu üzrə Təhsil Sektorundan, 2026-2027-cı tədris ilində rayonun 31 ümumtəhsil məktəbində 1952 nəfər şagird dərsə başlayıb. 141 nəfər şagird ilk dəfə məktəbə qədəm qoyan birincilərdir. Rayon üzrə 626 nəfər pedaqoji işçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Sondə bir sıra natiqlər və vaildeyinlər çıxış edərək şagirdlərimizə uğurla arzu etdilər. Tədbirin davamı bədii hissə ilə davam etdi.Məktəblilərin hazırladığı bədii kompozisiya alqışlarla qarşılanıb.
"Dünənin,bu günün, gələcəyin izi" ilə adlı tədbirdən
"Dünənin,bu günün, gələcəyin izi" ilə adlı tədbirdən
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının XI konfransı keçirilib. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov iştirak edib.Əvvəlcə konfrans iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev hesabat məruzəsi ilə çıxış edib. O, rayon təşkilatı tərəfindən həyata keçirilən işlər, ərazi partiya təşkilatlarının fəaliyyəti, Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının XI konfransı keçirilib. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov iştirak edib.Əvvəlcə konfrans iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev hesabat məruzəsi ilə çıxış edib. O, rayon təşkilatı tərəfindən həyata keçirilən işlər, ərazi partiya təşkilatlarının fəaliyyəti, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin təşviqi istiqamətində müxtəlif tədbirlər keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan bəhs edib. zəngin siyasi irsinin və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin təşviqi istiqamətində müxtəlif tədbirlər keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan bəhs edib.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
Yüksək nəticələr əldə edən şagird və məzunlarla görüş
Yüksək nəticələr əldə edən şagird və məzunlarla görüş
Yüksək nəticələr əldə edən şagird və məzunlarla görüş keçirilib.
Daşksəsnə Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Daşkəsən rayon A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil sahəsində nəticələr əldə edən, respublika, beynəlxalq səviyyəli olimpiada və müsabiqələrdə uğur qazanan şagird və məzunlarla görüş keçirilib. Tədbirdə əvvəlcə şəhidimiz Anar Mürsəlovun doğum günü ilə əlaqədar olaraq şəhidin məktəbdə olan abidəsi önünüə gül dəsdələri qoyuldu və ruhu ehtiramla yad edildi. Sonra dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edən Daşkəsən RİH başçısı cənab Orxan Abbasov və YAP Daşkəsən Rayon Təşkilatının sədri Meydanəli Yolçuyev bildiriblər ki, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri də savadlı, dünyagörüşlü, vətənpərvər və müasir düşüncəli gənc nəslin yetişdirilməsidir. Azərbaycan bu gün öz tarixinin mühüm və qürurverici mərhələsini yaşayır. Güclü dövlətimizin gələcək inkişafında sizin bilik və bacarıqlarınız mühüm rol oynayacaq. Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər müstəqil Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması Siz gənclər üçün qürur mənbəyi olmaqla yanaşı qarşınızda ölkənin gələcəyinə layiqli töhfə vermək kimi mühüm məsuliyyət və vəzifələr qoyur. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin sədri Rabil İbrahimov çıxış edərək təhsilin inkişafı, əldə olunan uğurlar və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim əməyinin qiymətləndirilməsi və gənc nəslin hərtərəfli inkişafının əhəmiyyəti vurğulanıb. Şagirdlər çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, qazandıqları uğurları gələcəkdə daha böyük nailiyyətlərlə davam etdirmək əzmini bildiriblər. Səmimi və maraqlı keçən görüşdə tələbə adı qazanan məzunların fikir və arzuları dinlənilib. Tədbirdə qəbul imtahanlarında nəticə əldə etmiş, respublika və beynəlxalq olimpiadalarının qalibi olmuş məzunlara qiymətli hədiyyələr təqdim olunmuşdur. Sonda məzunlarla xatirə şəkli çəkilib.
Ənənəvi Sentyabr konfransının sonuncu üçüncü günün

Ənənəvi Sentyabr konfransının sonuncu üçüncü günün
Sentyabrın 4-də Daşkəsən rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransının üçüncü günündə. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə Təhsil Sektoruna aid tam orta ümumtəhsil, ümumi orta ümumtəhsil məktəbəqədər və məktəbdənkənar müəssisələrində çalışan məktəb rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı yeni tədris ilində qarşıda duran vəzifələr, tədris prosesinin səmərəli təşkili, təhsilin keyfiyyətinin artırılması və məktəb rəhbərlərin maraqlandıran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Məktəb rəhbərlərinə yeni dərs ilində işlərində uğurlar arzu edildi. Bununlada təhsil işcilərinin sentyabr konfransı öz işini başa çatdı.
Təhsil işçilərinin sentyabr konfransı 2-ci günü

Təhsil işçilərinin sentyabr konfransı 2-ci günü
Sentyabrın 3-də Daşkəsən rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransı öz işini davam etdirir. Konfransda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun aid olan tam orta ümumtəhsil və ümumi orta ümumtəhsil təhsil məktəblərinin fənn müəllimləri ilə görüş təşkil olunmuşdur görüşdə qarşıda duran məsələlərin müzakirəsi olmuşdur.


