“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Təhsil, Elm və Tədris İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşlarını birləşdirən, onların hüquqlarını qoruyan və sosial müdafiəsini təmin edən ictimai təşkilatdır.


Komitə öz fəaliyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Həmkarlar İttifaqları haqqında Qanuna, AHİK və ETİHİ Respublika Komitəsinin izamnamələrinə əsasən həyata keçirir.


ETİHİ Daşkəsən Rayon Komitəsi həmrəyliyi və kollektiv dəyərləri əsas tutaraq təhsil işçilərinin maraqlarının müdafiəsində fəal mövqe tutur və onların rifahına xidmət edən layihələrə davamlı şəkildə dəstək göstərir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Daşkəsən Rayon Komitəsi 1231 üzvü və 46 İlk həmkarlar təşkilatı var. Bunlardan 1 Təhsil sektoru, 24 tam orta ümumtəhsil məktəbi, 7 ümumi orta ümumtəhsil məktəbi, 1 Peşə məktəbi, 11 uşaq baxçası və 2 məktəbdənkənar təhsil müəssisəsinə xidmət göstərir.

Daşkəsən Rayon Komitəsinin fəaliyyət istiqamətləri: